EN

Peru Konqresi Anım Günü ilə bağlı bəyanat qəbul edib

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Peru Respublikasının Konqresi 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.

Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
12
yeniazerbaycan.com

10Sources