Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr - Anım Günü ilə əlaqədar "X" sosial şəbəkəsində paylaşım edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik".