EN

Şəhidlərimizin əziz xatirəsi yad edildi -Fotolar



Millət vəkili Asif Əsgərov Zaqatala rayonunda keçirilən anım tədbirində iştirak edərək şəhidlərimizin müqəddəs ruhuna ehtiramını ifadə edib.

aia.az xəbər verir ki, tədbir əvvəlcə şəhid qəbirlərinin ziyarəti ilə başlayıb, üzərinə gül dəstələri qoyulub. Daha sonra Zəfər abidəsi və Şəhidlər Kompleksi ziyarət edilərək, şəhidlərin ruhlarına dualar oxunub.
Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsinə gül dəstələri qoyulub və şəhidlərin 5-ci il dönümünə həsr olunmuş rayon tədbiri keçirilib. Tədbiri açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu, onların göstərdiyi qəhrəmanlığın daim yaddaşlarda yaşayacağını bildirib. millət vəkili Asif Əsgərov isə çıxışında şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından danışıb, ailələrinə səbr və möhkəmlik diləyib.Daha sonra çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdüri Anar Seyidov,Milli Məclisin deputatı Azər Kərimli,şəhidin həyat yoldaşı İnci İsayeva,şəhid anası Tahirə Məmmədova və Vətən müharibəsi iştirakçısı Tural Həsənovda öz çıxışlarında şəhidlərin müqəddəs ruhuna ehtiramlarını bildirərək,qəhrəman oğulların yolunun hər bir azərbaycanlı üçün şərəf və qürur mənbəyi olduğunu söyləyiblər.
Saat 12:00-da rayon ictimaiyyəti ilə birlikdə şəhidlərin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad olunub. Millət vəkili həmçinin şəhidlərin xatirəsinə ağac əkimi kampaniyasında iştirak edərək, onların əziz xatirəsinin gələcək nəsillərə ötürülməsinə dəstək göstərib.
Millət vəkili Asif Əsgərovun iştirakı ilə keçirilən bu tədbir şəhidlərimizin qəhrəmanlığının və xatirəsinin daim yaşadılmasının göstəricisidir.



Chosen
6
3
aia.az

4Sources