EN

Nizami rayonunda Anım günü ilə əlaqədar tədbirlər keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə əlaqədar “Vətən Müharibəsi Şəhidləri” memorial kompleksi önündə tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Vətənimizin azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar və can sağlığı diləyiblər.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi, polkovnik-leytenant Zöhrab Vəliyev çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük ehtirama, qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.

Rayon ictimaiyyəti tərəfindən həmçinin Keşlə Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət edilib, onların ruhlarına dualar oxunub, qəbirləri üstünə güllər qoyulub.

Eyni zamanda, Anım günü ilə əlaqədar Nizami rayonunda İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ithaf olunan ağacəkmə aksiyası təşkil olunub, rayon ictimaiyyətinin, Milli Məclisin deputatlarının, şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrəsi verilib.

Chosen
11
50
veteninfo.az

10Sources