27 Sentyabr - Anım Günü ilə bağlı siyasi partiyaların da ziyarətləri davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Ümid Partiyası da şəhidlərimizi anıb.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin bir qrup üzvü 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər abidəsini ziyarət edib, şəhidlərimizin xatirəsinə abidənin önünə güllər qoyublar.
"Cebheinfo.az"