EN

Millət vəkili Məşhur Məmmədov: "Zəfərə aparan Anım Günü hər birimizin qəlbində əbədi qürur mənbəyidir!" » AzadMedia.az

Millət
27 Sentyabr – Anım Günü münasibətilə Milli Məclisin rəhbərliyi, komitə sədrləri və deputatlar Zəfər parkını ziyarət ediblər. Tədbirdə Masallı 74 saylı Seçki Dairəsindən seçilən millət vəkili Məşhur Məmmədov da iştirak edib.

Bu barədə sosial şəbəkə hesabında yazan millət vəkili Məşhur Məmmədov qeyd edib ki, deputatlar və Milli Məclisin kollektivi parkdakı xatirə daşının önünə gül dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyasının rəhbərliyi və partiyanın Milli Məclisdəki heyəti ilə birlikdə 8 Noyabr Zəfər Abidəsi ziyarət olunub. Deputat Məşhur Məmmədov şəhidlərin ruhu qarşısında baş əydiyini bildirərək onların qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun qazandığı şanlı Zəfərə aparan Anım Günü hər birimizin qəlbində əbədi qürur mənbəyidir. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı və uzun ömür arzulayıram.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"








Chosen
26
1
azadmedia.az

10Sources