EN

“Sumqayıt” nəyin dərdini çəkir?

Premyer Liqada 6-cı tura “Bank Respublika Arena”da yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın qonağı olacaq “Sumqayıt” 5 illik uğursuzluq seriyasına son qoymağa çalışacaq.

Məsələ burasındadır ki, “gənclik şəhəri” təmsilçisi qəsəbə komandasını səfərdə sonuncu dəfə 2020-ci ilin oktyabrında məğlub edib.

Maraqlıdır ki, 2018-ci ildən başlayan rəqabətdə ilk 4 səfər görüşünün 3-də qələbə qazanıb, 1-də heç-heçə edən “Sumqayıt” son 9 səfər matçında qalibiyyət üzünə həsrətdir.

Həmin 9 matçın yalnız 3-də “kimyaçılar” 1 xalla kifayətləniblər.

Sentyabrın 28-də keçiriləcək “Sabah” – “Sumqayıt” oyunu saat 19:00-da başlayacaq.

Chosen
7
sportinfo.az

1Sources