Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməli olduğunu bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Qəzzadakı maddi dağıntıların miqyasına diqqət çəkərək əlavə edib ki, İsrail hökuməti bölgəyə vurduğu ziyana görə iqtisadi məsuliyyət daşımalıdır.
O həmçinin vurğulayıb ki, digər dünya dövlətləri də Türkiyə kimi İsrailə qarşı sanksiyalar tətbiq etməlidir.
Dəryanur