EN

Sonuncu əklil və... Qafqazın “kağız pələngi”nin rüsvayçı sonluğu

Bu gün Azərbaycan əziz şəhidlərimizi ehtiram və şükranlıqla yad edir. Öz canı və sağlamlığı bahasına millətə torpaqları ilə birgə qürurunu qaytaran bütün qəhrəman oğullarımızı məxsusi minnətdarlıq və hörmətlə anırıq. Səmamızın həmişə açıq olmasını diləyirik.

Bunun üçünsə Ermənistanı daim cilovda və nəzarətdə saxlamağa borcluyuq. Ona görə ki, təhlükə hələ tam sovuşmayıb. Sülh müqaviləsi imzalanmayıb, kapitulyant ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalır. Odur ki, “barıtı” həmişə quru saxlamaq, ayıq-sayıqlığı əldən verməmək, eyforiyaya qapılmamaq çox vacibdir...

27 sentyabr şübhə yix ki, Azərbaycan xalqı üçün 32 illik işğaldan qurtuluşun başlanğıc günüdürsə, erməni tərəfi üçün onu haqq elədiyi cəzaya çatdıracaq 44 günlük savaşın xəbərçisidir. Bizim üçün Vətən savaşı, onlar üçün işğalçı müharibə bir gün mütləq məntiqi sonluqla bitməli idi. Bitdi də.

Amma İkinci Qarabağ savaşı olmaya bilərdi. Bundan ötrü Bakının konfliktin həlli üçün illərlə verdiyi təklifi İrəvanın qəbul eləməsi kifayət idi. Eləmədilər. Göylə getdilər. Özləri haqda “məğlubedilməzlik” mifi uydurdular. Bakı-Ceyhan xəttini Ermənistandan keçirmək təklifimizə “Qarabağı boruya dəyişmirik” şəklində çox özündənrazı, aşağılayıcı cavab verdilər. Hətta Bakıya kimi gələcəkləri ilə bizi hədələdilər.

Amma 4 günlük Aprel döyüşləri (2016, Sərkisyan dönəmi) göstərdi ki, qarşımızda gerçək pələng yox, düşmənin və havadarların yaratdığı pələng maketidir. Ancaq yenə doğru nəticə çıxarmadılar. Davamında nə olacaqdısa, o da oldu.

Səbir kasası doldu. Şanlı Ordumuz Qarabağda kök salmış qudurğanları, “çağırılmayan qonaqları”, mülki əhali ilə vuruşmaqla öyünən terrorçu birləşmələri və çaqqal-çuqqalları cəmi 44 günə darmadağın elədi. Qafqazın “kağız pələngi” rüsvayçı şəkildə yoxa çıxdı. Ermənistan havadarları ilə birgə heç vaxt unutmayacağı bir dərs aldı, acı və rəzil məğlubiyyət yaşadı...

Gəl ki, məğlubiyyətin yiyəsi olmur. Əgər günü bu gün Paşinyan günahı keçmiş xuntaçı rejimin - Köçəryan-Sərkisyan tandeminin üstünə atırsa, radikal müxalifət də Paşinyan hökumətini ittiham edir. Əslində isə məğlub edilən onların hamısıdır – Gəncə və Bərdəni bombalamaq əmri verən Nikol Paşinyandır, Xocalı hərbi caniləri Robert Koçəryan və Serjik Sərkisyandır, irqçi və antitürkçü Levon Ter-Petrosyandır, bütövlükdə “miatsim” sevdası ilə, “böyük ermənistan” xülyası ilə yaşayan mənfur və xəstə toplumun özüdür, erməni kilsəsi və erməni lobbisidir, separatçılığın ideoloqlarıdır. Nəhayət, “ilana zəhər verən kərtənkələlər” – xarici havadarlardır...

Təsadüfi deyil ki, bu gün Ermənistan rəhbərliyi və hakim partiyanın üzvləri öz yalançı “qəhrəmanlarını” yad eləmək üçün İrəvandakı “Erablur” hərbi panteonuna baş çəkməyiblər. Paşinyan və prezident Vaaqn Xaçatryan hazırda heç ölkədə yoxdur, ABŞ-da səfərdədirlər.

Baş nazir sentyabrın 27-də öz Facebook səhifəsində yalnız bir cümləlik paylaşımla kifayətlənib: “Həlak olanlara eşq olsun, yaşasın Ermənistan Respublikası”.

Yəni artıq nə Qarabağ adı çəkilir, nə “artsax”-sarsaq. Yalnızca Ermənistan. Bu elə cəmiyyətə növbəti “real Ermənistan” mesajıdır ki var...

Sentyabrın 21-də, Ermənistanın Müstəqilliyi Günündə də baş nazir, prezident, parlamentin sədri və müdafiə naziri ilk dəfə panteonuna getməmiş, əklil göndərmişdilər. Bandit-canilərin və soyqırımı törədənlərin, sərsəm ideyalar uğrunda döyüşüb gəbərdilən müharibə cinayətkarlarının, baş kəsənlərin lənətlənmiş qəbirləri niyə ziyarət olunsun ki? Bunu edənlər elə onların tayı deyilmi?

Sözsüz. Bu mənada Paşinyan və komandasının panteondan məsafə saxlamağa başlaması təqdiredicidir, yetərli olmasa da. Çünki işğalçı-canilərin, əlləri günahsız insanların, uşaqların qanına batanların gorları ehtirama, gül-çiçəyə layiq deyil, ola bilməz! Ümid edək, bu, sonuncu əklillər olacaq...

Chosen
29
50
musavat.com

10Sources