EN

NASA-dan böyük uğur: 350 milyon kilometrlik məsafəyə məlumat ötürüldü

NASA kosmik rabitə sahəsində mühüm nailiyyət əldə edib.

News365.az xəbər verir ki, ABŞ-ın Cənubi Kaliforniyadakı Jet Propulsion Laboratory (JPL) tərəfindən idarə olunan "Psyche" kosmik gəmisi Yer planetindən 350 milyon kilometr uzaqda lazer şüası ilə məlumat qəbul edib və cavab göndərib. Bu, planetlərarası rabitə üçün yeni dövrün başlandığını göstərir.

NASA-nın "Deep Space Optical Communications" texnologiyası çərçivəsində sınaqdan keçirilən lazer siqnalları Günəş sistemi boyunca yüz milyonlarla kilometr məsafəni qət edərək uğurla qəbul olunub.

Bu, Yerlə Mars arasındakı orta məsafədən də böyükdür.

Ənənəvi olaraq kosmosda radio dalğaları ilə ünsiyyət saxlanılır. Lakin lazerlər daha yüksək sürətli məlumat ötürmə imkanı verir. Mütəxəssislər bildirirlər ki, bu texnologiya Marsa göndəriləcək gələcək insan missiyaları üçün yüksək dəqiqlikli video və məlumat ötürülməsini mümkün edə bilər.

Chosen
14
5
news365.az

6Sources