EN

“Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir keçirildi

Suverenlik və Konstitusiya ili çərçivəsində, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Politoloqlar Klubu, Quba Rayon İcra Hakimiyyəti və ADPU-nun Quba filialının tərəfdaşlığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda seminar təşkil olunub.Metbuat.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının dövlət himnini dinləmiş, daha sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADPU Quba filialının direktoru, professor Yusif Alıyev giriş nitqində mövzunun aktuallığını vurğulayaraq, həmsərhəd rayonlarda maarifləndirmə işlərinin əhəmiyyətinə toxunub və gənclərin təhsilə yönəldilməsində filialın rolunu qeyd edib. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın inkişafında və 44 günlük Vətən müharibəsində qələbədə rolunu xatırladıb.Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova seminar iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq tədbirin milli dəyərlərin möhkəmləndirilməsinə töhfəsini vurğulayıb.Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov çıxışında Quba rayonunda seminarın vacibliyini, gənclərin ayrı-ayrı sosial qruplarını bir araya gətirməsini və milli birliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşviq Məmmədli çıxış edərək Azərbaycanın iqtisadi-siyasi uğurlarını, regionların inkişaf planını və gənclərin dövlət siyasətində rolunu iştirakçılara təqdim ediblər.Politoloq Zaur İbrahimli və ADPU-nun Humanitar elmlər kafedrasının əməkdaşı, Əməkdar mədəniyyət işçisi Elza Orucova isə seminar çərçivəsində mədəni assimilyasiya, rəqəmsal əsrdə milli kimliyin qorunması və ideoloji təhlükələr mövzusunda geniş müzakirə aparıblar.

Seminar baş müəllim Kəmalə Bayramovanın moderatorluğu ilə keçirilib və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Chosen
1
metbuat.az

1Sources