EN

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, bu dəfə Slantsevski rayonuna bitişik olan Kinqiseppski rayonunda bir neçə nəfər metil spirtindən həyatını itirib. Daha əvvəl isə Volosovski rayonunda ölüm halları qeydə alınmışdı. "Sentyabrın 10-dan 17-dək qonşu iki rayonda - Kinqiseppski və Volosovskidə həyatını itirən bir neçə yerli sakinin ölüm faktı ilə bağlı tibb müəssisələrindən ekspertizaların nəticələri tələb olunub", - deyə Volk vurğulayıb.

Son məlumatlara görə, Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 25-ə çatıb. Volosovski rayonunda altı ölüm faktı qeydə alınıb. İlkin məlumata görə, ölənlərin hamısı ölümcül surroqatı bir nəfərdən - artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 78 yaşlı təqaüdçü Nikolay Boytsovdan alıblar. Qeyd etmək lazımdır ki, Boytsov bundan əvvəl də spirtli içkilərin qeyri-qanuni dövriyyəsinə görə məsuliyyətə cəlb olunub.

Chosen
54
1
Ajans.az

4Sources