EN

Müdafiə Nazirliyinin kolektivi şəhidlərin xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsiheyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizinməzarları ziyarət olunub.

Trend xəbərverir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov vənazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda ÜmummilliLiderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət vəehtiram nümayiş etdirib.

Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifəxanım Əliyevanın məzarını ziyarət edib, üzərinə tər qızılgüllərdüzüb, ruhuna ehtiram göstərib.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətənövladlarının məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl”abidələrinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsiyad edilib.

Zəfər parkına gələrək Zəfər Abidəsini ziyarət edən MüdafiəNazirliyinin rəhbərliyi və şəxsi heyəti şəhidlərə ehtiram əlamətiolaraq abidə önünə gül çələngi qoyub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən,yenidənqurma işləri aparılmış İkinci Şəhidlər xiyabanı kimi tanınanərazi ziyarət olunub.
Hərbi Memorial Məzarlıqda Müdafiə Nazirliyinin rəhbər heyəti 44günlük Vətən müharibəsini somvolizə edən monumental abidənin önünəgül çələngi qoyub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiramnümayiş etdirilib.

Tədbir çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənovvə digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onlarınqayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhid ailələri vəyaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə dəşəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarınıbildiriblər.

Anım mərasiminin sonunda – saat 12:00-da Müdafiə Nazirliyininrəhbərliyi, hərbi qulluqçular və şəhid ailələri Hərbi MemorialMəzarlıqda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yadediblər.

Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Chosen
15
9
az.trend.az

10Sources