EN

Suriyada Bəşər Əsədin qiyabi həbsinə order verildi

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin qiyabi həbsinə order verib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “SANA” agentliyi yayıb. 

Bildirilib ki, Əsəd barəsində 2011-ci ildə Dəra əyalətində baş verən hadisələrə dair ittihamlar üzrə həbs qərarı çıxarılıb. 

Keçmiş prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncələr verməkdə və həbslərdə ittiham olunur. 

Qeyd edək ki, 2011-ci ildə Dəra əyalətində hökumət əleyhinə aksiyalar keçirilib. Bunların qarşısının alınması ilə bağlı keçirilən əməliyyatlarda onlarla insan həlak olub. 

Onu da xatırladaq ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib.

Chosen
5
3
sitat.info

4Sources