EN

“Danışan fotolar” – Hikmət Hacıyev həmin görüntüləri paylaşdı

Xəbər verdiyimiz kimi, AzərbAzərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Memorial Kompleksinin açılışı zamanı ölkə liderinin yanındakı qız uşağı diqqət çəkib. Onun Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva olduğu məlum olub.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib və “X” sosial şəbəkəsində müvafiq postu paylaşıb.

“Prezident İlham Əliyev balaca Nilayın – 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini zərifliklə tutur – həqiqətən də “danışan fotolar”dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir”, – deyə yüksək səviyyəli diplomat qeyd edib.

Chosen
1
19
konkret.az

10Sources