Çin yeni meteoroloji peyki “Fengyun-3H”ni orbitə buraxdı
Çin uğurla yeni “Fengyun-3H” meteoroloji peykini orbitə çıxarıb. Aparat “Çanqjan-4C” raketi ilə Ciuçüan kosmodromundan Günəş-sinxron orbitə göndərilib.
“Fengyun-3H” əvvəlki nəsil peyki əvəz edəcək və meteoroloji məlumatların yenilənməsini sürətləndirəcək. Yeniləmə intervalı 6 saatdan 4 saata enəcək, bu da bir günlük hava proqnozlarının dəqiqliyini artıracaq. Peyk atmosferi və Yer səthini məsafədən zondlamaq üçün 9 cihazla təchiz olunub.