EN

Xankəndi stadionu "Qarabağ" - MOİK matçına hazırdır

Xankəndi stadionunda Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

"Offsideplus.az" xəbər verir ki, artıq arenada yeni oturacaqların quraşdırılması başa çatıb.

Tribunanın arxa qapılarından birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərində isə "Xankəndi" sözləri yazılıb.

Xankəndi stadionundan yeni şəkilllər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda start götürəcək.

Chosen
476
4
offsideplus.az

10Sources