EN

Elmar Baxşıyev: Şamaxı ya autsayder gözü ilə baxmırıq

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə oynadıq. Komanda ilk yarıda oyuna girə bilmədi. İstədiklərimizi icra etməkdə çətinlik çəkirdik. "Şamaxı" yaxşı təzyiq göstərdi. İkinci hissədə fərqli oynadıq. Dönüş yaradıb 1 xal qazandıq. Bu gün uda da bilərdik, uduza da. Qismətdə 1 xal var idi.

- İddialı komandalar autsayderlərlə oyunlarda xal itirir. Sizcə, bunun səbəbi nədir?

- "Şamaxı"ya autsayder gözü ilə baxmırıq. Heyətlərində yaxşı futbolçular var. "Şamaxı" meydanda nə etmək istədiyini bilən komandadır. Meydança süni örtüklü olduğu üçün futbolçular çətin adaptasiya olurlar. Bu gün azarkeşlər üçün maraqlı oyun oldu.

- "Qarabağ"a ağır məğlubiyyətin bugünkü matça təsiri oldu?

- Xeyr. Məğlubiyyətlərin üzərində çox dayanmırıq. Komanda olaraq onu unudub qarşıdakı matçlara köklənirik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
4
sportal.az

7Sources