EN

Çin dünyada ən böyük hava külək turbinini sınaqdan keçirdi KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

S1500В qurğusunun testləri Sincanda baş tutdu.

KONKRET.az xəbər verir ki, artıq “yaşıl” energetikada irəliləyiş adlandırılan turbin 1 meqavat enerji hasil edib. Bu, dünya rekordudur. Ölçüsünə görə basketbol meydançası böyüklüyündə, hündürlüyünə görə isə 13 mərtəbəli bina kimi olan turbin adi külək generatorlarından fərqli olaraq havada helium örtüyünün köməyi ilə qalır, elektrik isə xüsusi möhkəm kabellərlə yerə ötürülür.

“Sınaqlar Çinin müxtəlif iqlim zonalarında davam edəcək, seriyalı istehsal 2026-cı ilə qədər başa çatacaq, ilk stansiyalar həmin dövrdə enerji sisteminə qoşulacaq”, — deyə şirkətin baş konstruktoru Dun Tyanjuy bildirib.

İstehsalçılarlm sözlərinə görə, böyük yüksəkliklərdə küləklər daha sabit və güclüdür, buna görə də enerji daha səmərəli hasil olunur. Metal istifadəsi 40% azalır, enerjinin maya dəyəri isə 30% aşağı düşür. Daha bir üstünlük isə mobilliyidir. Turbini bir neçə saat ərzində səhrada, adada, faydalı qazıntıların hasilatı bölgəsində və ya təbii fəlakətdən sonra quraşdırmaq mümkündür.

Natiq Səlim

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
konkret.az

2Sources