Pakistanın Azərbaycandakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.
"Azərbaycanlı qardaşlarımız və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Qarabağın azadlığı uğrunda əvəzsiz fədakarlıqları ilə əbədi olaraq yaddaşımızda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik", - deyə paylaşımda bildirilib.