EN

Balakəndə İnterçaydan sel keçib

Balakəndə İnterçaydan sel keçir, daşqın təhlükəsi yaranıb.

Məlumata görə, mənbəyini Gürcüstandan götürən və Balakən rayonu ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, rayonun Şərif kəndində təhlükə yaranıb.

Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, Gürcüstana yağan güclü yağışlar çayda sululuğu artırıb, Şərif kəndinin əkin sahələrinə və bir neçə həyatyanı sahəyə su dolub.

Qeyd olunub ki, hazırda idarənin texnikaları fəsadların aradan qaldırılması istiqamətində işlər aparıb.

Chosen
13
2
ekologiya.az

3Sources