EN

Küçədə ayağına ilişən daş sayəsində milyonçu oldu

Fransada bir kişi gəzinti zamanı ayağına ilişən daş sayəsində böyük sərvət sahibi olub.


News365.az türk mediasına istinadən xəbər verir ki, ilkin baxışda adi qaya parçasına bənzəyən daşın parlaq səthi və fərqli quruluşu onun diqqətini çəkib. Marağına yenik düşən şəxs həmin daşı mütəxəssislərə göstərib və nəticə qarşısında təəccüblənib.


Aparılan araşdırmalar zamanı məlum olub ki, bu daş sadə bir qaya yox, nadir rast gəlinən göydaşıdır. Mütəxəssislərin fikrincə, həmin göydaşı min illər əvvəl kainatdan Yerə düşüb və tərkibində yüksək miqdarda qiymətli metallar daşıdığı üçün olduqca dəyərlidir.


Nadirliyi və xüsusi elementləri ilə seçilən göydaşının bazar dəyəri təxminən 6 milyon manat olaraq qiymətləndirilib. Bu isə təsadüfən tapılan adi daş parçasının sahibini bir anda milyonçu edə biləcək qədər böyük sərvətə çevrildiyini göstərir.

Chosen
15
2
news365.az

3Sources