Bakı. Trend:
Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrinimetronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəlimarşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən məlumatagörə, sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd"King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNGtexnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkətintervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsızqaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətingöstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobuslarınyenilənməsi mərhələli qaydada davam etdirilir.