EN

Türkiyədə son yüz ilin ən mühüm arxeoloji tapıntısı

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 27 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Çanaqqala vilayəti ərazisində artıq 160 ildən çoxdur davam edən Troya qazıntılarında dünya arxeologiya ədəbiyyatına daxil olacaq əhəmiyyətli bir tapıntı aşkar edilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə İrs” layihəsi çərçivəsində aparılan tədqiqatlarda Troya sivilizasiyasının Erkən Tunc dövrünə (e.ə. 2500) aid qızıl halqalı broş aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, broşla yanaşı, eyni təbəqədə bürünc iynə və son dərəcə nadir yaşma daşı da tapılıb.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy əsərlərin arxeologiya dünyası üçün ən mühüm kəşflər sırasında olduğunu vurğulayıb.

Troya Muzeyinin tapıntılara ev sahibliyi edəcəyini deyən Ersoy bildirib ki, dünyada məlum olan cəmi 3 nümunədən ən yaxşı qorunmuş olan bu broş son 100 ilin ən mühüm tapıntılarından biridir. II Troya şəhərinin təbəqələrindən tapılan bu əşya eramızdan əvvəl təxminən 2500-cü illərə aiddir. Yaşma daşı isə 4 min 500 il əvvəlki lüks istehlak məhsullarından biri kimi diqqət çəkir. Bu unikal əsərlər tezliklə Troya Muzeyində sərgilənəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
azertag.az

3Sources