EN

Qurban Qurbanov istədiyini aldı, rahatladı

Qurban Qurbanov bu mövsüm ilkə imza atdı.

Adətən, avrokuboklarda istifadə etdiyi heyət dünən birinci dəqiqədən «Qəbələ»yə qarşı oynatdı.

Bu, «Qarabağ»ın baş məşqçisinin qonaqlardan çəkinməsi kimi anlaşılmasın.

«Qarabağ» gələn həftə Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq. Oktyabrın 1-də «Kopenhagen»lə üz-üzə gələcəklər.

Qurbanov sırf o qarşılaşmanı fikirləşərək, aparıcı futbolçuların hamısından «Qəbələ» önündə istifadə etdi.

Bir-iki nəfər istisna olmaqla, yəqin ki, qalanları Danimarka çempionu ilə görüşdə ilk «11-lik»də meydana ləpirini basacaq.

Qurban Qurbanovun 2:0-a görə gileyini eşitmədik. Əsas qələbə və yaxşı tərləməkdir. Bu da oldu.

«Qarabağ» var qüvvəsiylə mübarizə aparmadı.

Erkən qırmızı vərəqə almış «Qəbələ»yə çoxlu qol vurmaq niyyətləri sezilmədi. Sadəcə, istədilər ki, tonusda qalsınlar, ritmi itirməsinlər.

Qurbanovun yanaşması doğrudur. «Kopenhagen»lə oyunun səviyyəsi və tempi bir başqa olacaq, dünənki qarşılaşma onun tozuna da çatmaz.

Belə bir vaxtda əsas heyət üzvlərinin meydanda ayaqlarını hiss etməsindən vacib onun üçün nəsə ola bilməzdi. İstədiyini də komandasından aldı, rahatladı.

KAMİL

Chosen
14
sportinfo.az

1Sources