EN

Paşinyan: TRIPP marşrutunun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq

Nyu-York, 27 sentyabr, AZƏRTAC

TRIPP ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq.

“Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək. Bu, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni əhatə edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək”,- deyə Paşinyan əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

 

Chosen
23
12
azertag.az

10Sources