Bakı. TurkicWorld
İsrail qüvvələri Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.
TurkicWorld-in məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən xəbər verib.
"İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza şəhərinin yarısından çoxuna nəzarət edir və 800 min sakin bölgəni tərk edib", - deyə bildirilib.
Məlumatda deyilib ki, son günlər İsrail ordusu Qəzza şəhərinə hücumlarının əhatə dairəsini genişləndirib.