EN

Ermənistanda konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcək

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçildiyi təqdirdə, yeni Konstitusiyanın qəbul edilməsi üçün ümummilli referendum təşkil edəcək.

Globalinfo.az xəbər verir ki, иu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasından çıxışında bildirib:

“Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institutlaşmış və xalq yönümlü etmək üçün növbəti addımı atmağı planlaşdırırıq. 2026-cı il parlament seçkilərində xalqın bizə verdiyi mandatı aldıqdan sonra yeni Konstitusiyanın qəbul edilməsi üzrə ümummilli referendum təşəbbüsü irəli sürəcəyik. Nəticədə bütün hakimiyyət orqanları və ölkədə yaradılфт hüquqi sistem konstitusiya əsaslarına, yəni xalqa organik şəkildə bağlı olacaq. Bu, Ermənistan dövlətçiliyini möhkəm və xalq yönümlü edəcək”.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
globalinfo.az

1Sources