EN

Paşinyan: Mənimlə Türkiyə lideri arasında etimad səviyyəsi artır

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Ankara arasında münasibətlərin normallaşmasından danışıb.

"Report" xəbər verir ki, o, BMT Baş Assambleyasının tribunalından çıxışı zamanı iki dövlət arasında artan etimaddan danışıb.

"Ərdoğanla (Türkiyə Prezidenti Rəcəb Tayyib – red.) mənim aramda etimad səviyyəsi daim artır", – deyə o vurğulayıb.

Paşinyan Ankarayla müntəzəm dialoqu müsbət hal adlandırıb. Ermənistan baş naziri əmindir ki, bu dialoq yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması şəklində müsbət nəticələr verəcək.

Chosen
13
5
qaziler.az

10Sources