EN

“Barselona” yarımmüdafiəçisini itirib

“Barselona”nın mərkəz yarımmüdafiəçisi Mark Kasado məşqi yarımçıq dayandırıb.

90deqiqe.Az-ın "Barca Universal"a istinadən məlumatına görə, 22 yaşlı futbolçunun yaxınlaşan İspaniya La Liqasının VII tur matçında “Real Sosyedad”a qarşı iştirak edib-etməyəcəyi hələ məlum deyil. Futbolçunun durumuna oyun öncəsi qərar veriləcək.

Cari mövsümdə Casado bütün turnirləri nəzərə alaraq beş matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib. “Barselona” – “Real Sosyedad” qarşılaşması 28 sentyabrda keçiriləcək və oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Chosen
149
90deqiqe.az

1Sources