Səhər saatlarından bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ən azı 72 fələstinli həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzza şəhərinin ən böyük şəhər mərkəzini ələ keçirməyə çalışdığı zaman onu atəşə tutması nəticəsində azı 42 nəfər həlak olub.
2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzada apardığı müharibədə azı 65 549 nəfər həlak olub, 167 518 nəfər yaralanıb.