EN

Suriyadan Azərbaycana gələn şəxslərlə bağlı müəmma – Mübahisə yarandı

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin ən parlaq simalarından biridir. Onun regional mənşəyi və həyat yoluna dair mübahisələr isə əsrlərdir davam edir. Tarixi mənbələrdə Nəsiminin harada doğulduğu, harada dəfn olunduğu və ailə köklərinin hansı bölgəyə aid olduğu barədə müxtəlif fikirlər səslənir.

Son günlərdə isə onun qohumlarının Suriyadan Şamaxıya gəlməsi mövzunu yenidən gündəmə gətirib. Belə ki, insanlar Azərbaycana gələn həmin şəxslərin Nəsimi ilə əlaqəsi olmadığını düşünür.

Bu iddiaların əsası varmı?

Globalinfo.az-a danışan tarixçi Faiq İsmayılov deyib ki, Nəsimi dünyaya sığmayan bir şair olub.

O, hər zaman belə müzakirələrin olduğunu vurğulayıb:

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam” şeiri Nəsiminin bütün həyatını ifadə edir. Onun mənşəyi və doğulduğu yer isə zaman-zaman mübahisə mövzusuna çevrilib. Bəziləri onu bursalı, kimlərsə Urmiya, Təbriz, Bakı, diyarbəkirli sayır. Hətta Şirazda doğulduğunu iddia edənlər var. Maraqlıdır ki, Nəsiminin əlyazmaları İstanbulda saxlanılır, heykəli Bakıda, məzarı isə Hələbdədir. O, heç bir zaman vahid bir əraziyə sığmadı. Nəsimi 600 il əvvəl dünyasını dəyişib. Adamın əsas yaşayış yeri Hələb olub və dünyada bu cür tanınıb. O, həm də Azərbaycanı dünyada tanıdıb. Hələbdə onun məzarı ehtiramla qorunub. Onu da deyim ki, məzarına yaxın küçə də Nəsiminin adını daşıyıb. Bunu 1968-ci ildə Hələbə səfər edən Rəsul Rza danışmışdı”.

265058

Faiq İsmayılov bildirib ki, Nəsiminin nəşinin Şamaxıya və ya Bakıya gətirilməsi tarixi baxımdan sübutlarla əsaslandırılmalıdır:

“Nəsiminin nəşinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Düzdür, gətirilərsə, vətəninə qovuşmuş olar. Amma tarixi baxımdan da sübuta ehtiyac var. Şair ümumlikdə bütün müsəlman dünyasının hörmət olunan şəxsiyyətinə çevrilib. Məhz bu səbəbdən onun nəşinin Azərbaycana gətirilməsini doğru hesab etmirəm. Çünki o, artıq yüz illərdir ki, Hələbdə uyuyur”.

Tarixçi Suriyanın əvvəlki rejiminin Nəsimiyə qarşı hörmətsizlik etdiyini qeyd edib:

“Qəbir ətrafında vuruşmalar, dağıntılar, müharibələr olurdu. Bu baxımdan o dövrdə narahatlıq var idi. Amma indi Suriyada hakimiyyət dəyişib, yeni quruluş yaranır. Biz Nəsimini Hələbdə ziyarət etməliyik, orada xatirələrini araşdırmalıyıq”.

Tarixçi son olaraq əlavə edib ki, Nəsiminin övladları da, qohumları da Hələbdə yaşayıb.

Chosen
2
1
editor.az

2Sources