
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir
Diqqət Çəkənlər
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol