EN

NATO Danimarkadakı insidentlərdən sonra Baltik dənizində nəzarəti gücləndirəcək

Şimali Atlantika Alyansı pilotsuz təyyarələrin Danimarka hava məkanını pozmasından sonra Baltik dənizi regionunda müşahidəni gücləndirəcək.Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, NATO Baltikyanı ölkələrə kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı yerləşdirəcək.

Sentyabrın 22-də Kopenhagen səmasında bir neçə iri pilotsuz uçan aparat görüntülənib. Danimarka paytaxtının hava limanı təyyarələrin enməsi üçün bağlı olub.

Chosen
6
anews.az

1Sources