EN

Millimizin vingerinin komandası qələbə həsrətinə son qoydu

Futbol üzrə Niderland çempionatında 7-ci  turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Zvolle"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü bütün qollar vurulduqdan sonra 73-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, çempionatda 4 heç-heçə edən “Volendam” bu qələbə ilə 7 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi

Chosen
1
1
sportal.az

3Sources