EN

“Real”ın hücumçusu Premyer Liqa klubuna yollanacaq?

“Real”ın hücumçusu Endrik karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “E-Noticies”-ə istinadən xəbər verir ki, braziliyalı forvardla “Nyukasl” maraqlanır.

19 yaşlı futbolçunun Madrid təmsilçisinin baş məşqçisi Xabi Alonsonun planlarında yer almadığı üçün yanvarda icarəyə göndərilməsi ehtimalı yüksəkdir.

“Kral klubu”nun rəhbərliyi də onun qışda komandadan ayrılmasına etiraz etməyəcək.

Endrik hələ yaz aylarında zədələnib və o vaxtdan bəri meydanda görünməyib. O, son iki La Liqa oyununda isə yalnız ehtiyat oyunçular skamyasında yer alıb.

Chosen
2
sportinfo.az

1Sources