EN
  • AZ
  • RU
  • Night Mode
  • Homepage
  • Statistics
  • Sources
  • Rating
  • Weather
  • Currency
Topics
  • All topics
  • Politics
  • Economy
  • Society
  • Culture
  • War
  • Show business
  • Sport
  • Crime
  • World
  • Interview
  • Maraqlı
  • İKT
  • Other
  • Education
  • Auto
  • Tourism
  • Analytics
  • Biznes
  • phrase_var_article.multimedia
  • + More - Less
  • About us
  • Advertisement
  • Contact
  • More
    • User Terms
    • Support
Culture
28.09.2025 ◦ 00:02
  • Smartbee
  • Report

Gürcüstanda müsabiqədə Azərbaycan mahnısı səsləndi — VİDEO

Gürcüstanın İctimai Yayımçısı olan Birinci kanalın “Ranina” uşaq müsabiqəsində Azərbaycan mahnısı təqdim olunub.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, layihənin ikinci turunda ilk çıxış edən Tbilisidən olan iştirakçı 12 yaşlı Qabriel Bodaveli musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə aid və Şövkət Ələkbərovanın repertuarından olan “Tez gəl” (Yar gəlir görüşə) mahnısını ifa edib.

Mahnıda muğam parçasına da yer verilib, ifaçını səhnədə aşıq Nargilə Mehtiyeva sazda müşayiət edib. Azərbaycan dilində ifanın düzgün təqdim olunması üçün məşqlərdə N.Mehtiyeva ilə yanaşı Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva da yaxından iştirak edib.

Q.Bodavelinin Azərbaycan dilində ifasını münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Jüri üzvləri onun ifasını bütün göstəricilər üzrə 9 və 10 xalla qiymətləndiriblər.

Qeyd edək ki, VIII mövsümdür təşkil olunan “Ranina” müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin tanınmış mahnılarını ifa edirlər.

Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək. Müsabiqə dekabrın 13-də Tbilisidə keçiriləcək.

Xatırladaq ki, “Ranina”nın əvvəlki mövsümlərində də Azərbaycan mahnıları təqdim olunub. Müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını, VI mövsümündə isə Anastasiya Vasadze “Laçın” xalq mahnımızı ifa edib.

Chosen
15
5
0
konkret.az

6Sources

  • konkret.az
    Gürcüstanda müsabiqədə Azərbaycan mahnısı səsləndi — VİDEO ( 21812683)
  • cebheinfo.az
    Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı ifa olundu - VİDEO ( 21812659)
  • axar.az
    Gürcüstan televiziyasında Azərbaycan mahnısı - Video ( 21811855)
  • www.bakupost.az
    Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı ifa olundu VİDEO ( 21811501)
  • publika.az
    Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı ( 21811444)
  • teleqraf.com
    Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı ifa olundu - VİDEO ( 21811048)
  • About us
  • Advertisement
  • User Terms
  • Support
  • Contact

Sign in to your account

Don't have an account? Sign up
Forgot password?
facebook login

Sign up

Do you have an account? Sign in
Log in with Facebook

Şifrəni bərpa et

Do you have an account? Sign in