Misli Premyer Liqasının VI turu Prins Ovusunun erkən qırmızı vərəqəsi ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu “Qarabağ”la səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.
Bununla da Prins Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.
Bunadək antirekord Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2007/08 mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin futbolçusu Milan Duriç 2017/18, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər iki oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanıb.
Qeyd edək ki, “Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.
Emreli yenə heyətdən kənar qaldı
Ayxan Abbasov: “Bizə inam varsa, kənara çəkilmək olmaz”
Elmar Baxşıyev: “Futbolçular çətin adaptasiya olurlar”
Şamaxıda qollu sülh - YENİLƏNİB
Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik” - VİDEO