EN

Tramp Pentaqonun rəhbərinə yeni tapşırıq verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetə Portlendi "Antifa" hərəkatından qorumaq üçün qoşunla təmin etməyi tapşırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Daxili təhlükəsizlik katibi Kristi Noemin xahişi ilə mən müharibədən zərər çəkmiş Portlend, mühasirəyə alınmış bütün ICE obyektlərimizi "Antifa" və digər yerli terrorçuların hücumlarından qorumaq üçün hərb naziri Pit Heqsetə göstəriş verirəm. Lazım gələrsə, tam gücdən istifadə etməyə də icazə verirəm", - o yazıb.
Xatırladaq ki, Tramp daha əvvəl hərəkatın terror təşkilatı elan edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, mühafizəkar fəal və ABŞ prezidentinin tərəfdarı Çarli Kirki öldürmək üçün istifadə edilən tüfəngdə "Antifa" şüarları həkk olunmuş güllələr tapılıb. Hərəkatın tərəfdarlarının əksəriyyətinin Portlenddə cəmləşdiyi güman edilir.
Chosen
14
50
oxu.az

10Sources