EN

Ukrayna qalibdir, Tramp da artıq bunu qəbul edir Financial Times

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın müharibədə qələbəsi artıq şübhə doğurmur və bunu hətta skeptiklər, o cümlədən Donald Tramp da qəbul edir.

Globalinfo.az xəbər verir ki, bu barədə israilli tarixçi Yuval Noy Harari “Financial Times”da yazıb.

Harari xatırladır: “Rusiyanın 2022-ci ildəki əsas məqsədi Ukraynanın suverenliyini məhv etmək idi. Ancaq bu gün Moskva həmin dövrdən daha az əraziyə nəzarət edir və heç bir strateji şəhəri ələ keçirə bilməyib”.

Tarixçi rus ordusunun böyük itkilərini Birinci Dünya müharibəsindəki mövqe döyüşləri ilə müqayisə edir.

Onun sözlərinə görə, dənizdə dronlar və raketlər Rusiya donanmasını limanlara sıxışdırıb, havada isə rus aviasiyası cəbhəyə yaxınlaşmağa cəsarət etmir. Ukrayna isə müharibəni əsasən tək aparır, Moskvanın tərəfinə açıq şəkildə qoşulan yeganə ölkə Şimali Koreya olub.

Harari qeyd edir ki, əgər Qərb Kiyevə lazım olan silahları vaxtında versəydi, Ukraynanın qələbəsi hələ 2022–2023-cü illərdə mümkün idi. Bu gün isə məhz Ukrayna ordusu Avropanın əsas təhlükəsizlik zəmanətçisinə çevrilib.

“Trampın Ukraynanı daha çox dəstəkləməsi təəccüblü deyil. O, həmişə qaliblərin tərəfində olmağı sevir”, – deyə Harari vurğulayıb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
globalinfo.az

1Sources