EN

Qurban Qurbanov haqda onlara danışdı: “Cəsarətlə oynayırıq"

“Baş məşqçimizin çox dəqiq bir fəlsəfəsi var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın legioneri Leandro Andare Portuqaliyanın "O Jogo" nəşrinə müsahibəsində deyib.

Kabo-verdeli yarımmüdafiəçi komandanın oyun fəlsəfəsi ilə bağlı sualı cavablandırıb:

“Harada oynamağımızdan asılı olmayaraq,

həmişə meydana öz ideyalarımızla çıxırıq: topa sahib olmağa əsaslanan oyun, yerlə ötürmələr, qabağa vurmaqdan qaçmaq, aralıqlara oynamaq, qorxmamaq, pressinq etmək, toplu qapmaq və sürətli əks-hücumlara çıxmaq.

Bu fəlsəfəni tətbiq edib, inam və cəsarətlə oynayırıq".

Chosen
16
sportinfo.az

1Sources