EN

“Birgə çalışmışam, onun məşqçiliyinə heç bir söz ola bilməz”

“Ayxan Abbasovla əvvəllər “Sumqayıt”da birgə çalışmışam və onun məşqçiliyinə heç bir söz ola bilməz”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə deyib.

23 yaşlı yarımmüdafiəçi komandanı Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələ oyununa (1:1) çıxaran baş məşqçini tərifləyib:

“O, hər zaman futbolçularla düzgün münasibət qurmağı, komandada birlik və intizam yaratmağı bacarıb.

Ən azından Fernandu Santuşdan fərqli olaraq, bizə milli ruhu hiss etdirdi”.

Chosen
33
sportinfo.az

1Sources