Amerikalı milyarder İlon Mask sosial şəbəkə X-də "Sky News" kanalının onun məhkum edilmiş maliyyəçi Ceffri Epşteynlə əlaqəsi barədə materialına reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-vi məlumat yayıb.
“Epşteyn məni öz adasına getməyə razı salmağa çalışdı, amma mən imtina etdim”, — deyə biznesmen bildirib.
O qeyd edib ki, televiziya kanalı “yalançı narrativ” yayır və buna görə onu qınamaq lazımdır.