BAKI, 28 sentyabr. TELEQRAF
Atlantika okeanında formalaşan Humberto qasırğası Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyaya qədər güclənib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumat yayıb.
Bildirilib ki, sözügedən kateqoriya ən təhlükəlisi hesab olunur və küləyin sürəti 250 km/saatdan (155 mil/saat) çox olan qasırğalara şamil edilir.
Mərkəzin məlumatına görə, hazırda qasırğa Kuba ilə Baham adaları arasında yerləşib və təxminən 8 km/saat (5 mil/saat) sürətlə ABŞ istiqamətində şimal-qərbə doğru irəliləyir.