EN

Unikal avtomobil hərraca cıxarılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"RM Sotheby's" hərrac evi dekabrın əvvəlində Abu Dabidə "Pagani Zonda Riviera" superkarını satışa çıxaracaq.
Oxu.Az "Carscoops"a istinadən xəbər verir ki, avtomobil ilk dəfə 2006-cı ildə standart "Zonda" kimi istehsal edilib, lakin 2017-ci ildə şirkət bir sıra dəyişikliklər edərək avtomobili sahibinə uyğunlaşdırıb.
Demək olar ki, heç bir yürüşü olmayan superkarın 9,5 milyon dollardan 10,5 milyon dollaradək qiymət aralığında satılacağı gözlənilir.
Superkarın yenidən dizaynı zamanı onun standart 7,3 litrlik AMG V12 mühərrikinin gücü 760 at gücünə qədər artırılıb.
Chosen
76
30
oxu.az

10Sources