Niderland çempionatında 7-citurun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Zvolle"ni qəbul edib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü bütün qollar vurulduqdan sonra 73-cü dəqiqədə meydana daxil olub.
Çempionatda 4 heç-heçə edən “Volendam” bu qələbə ilə 7 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.