EN

Almaniya Ordusu Hamburqda ən böyük hərbi təlimini keçirib

Bundesver "soyuq müharibə"dən bəri Hamburqda NATO-nun ən böyük "Red Storm Bravo" təlimini başa çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.

Həmçinin bildirilib ki, sentyabrın 25-dən 27-dək baş tutan təlimdə NATO qüvvələrinin alyansın şərq cinahına Baltikyanı ölkələrdə yerləşdirilməsi praktikası nəzərdə tutulub.

"Bundesver üç gün ərzində Hamburqda NATO-nun "Red Storm Bravo" təlimi keçirib. Şənbə günü axşam "soyuq müharibə"dən bəri ən böyük müdafiə manevri başa çatıb", - məlumatda deyilir.

Almaniya hökumətinin sözçüsü Ştefan Konelius ölkəsinin Polşa hava məkanına pilotsuz təyyarələrin müdaxiləsindən sonra NATO-nun şərq sərhədlərində hərbi varlığını gücləndirəcəyini açıqlayıb.

Chosen
24
3
ikisahil.az

4Sources