EN

Rusiya ordusu kütləvi hücuma keçdi

Rusiya silahlı qüvvələri Ukraynadakı hərbi obyektlərə birgə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə "RT" "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, ən çox raket və dron hücumları Kiyev və Kiyev vilayətində qeydə alınıb.

Yerli qrupların məlumatına görə, Ukrayna səmasında 100-dən çox PUA müşahidə olunub. Kiyevin mərkəzində hava hücumundan müdafiə sistemlərinin işləmə səsləri eşidilib.

Sumı, Çerniqov, Xmelnitski, Xarkov, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərində partlayışlar baş verib.

Zaporojye vilayətində kritik infrastruktur obyektlərinə zərbələr endirilib.

Chosen
200
50
publika.az

10Sources