EN

İsrail mediası ABŞ-ın Qəzzada 21 maddəlik atəşkəs təklifini paylaşıb

İsrail mediası ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəs üçün təqdim etdiyi 21 bəndlik yeni təkliflə bağlı təfərrüatları açıqlayıb.

Demokrat.az xəbər verir ki, “The Times of Israel” Uitkoffun təklif etdiyi iddia edilən 21 bəndlik plan barədə məlumat yayıb.

Hesabatda qeyd olunub ki, təklifin məqsədi Qəzzada müharibəyə son qoymaq və Fələstin dövlətinə yol açmaqdır.

Xəbərdə o da bildirilir ki, ABŞ-ın təklifi bu həftənin əvvəlində BMT Baş Assambleyası zamanı ərəb və müsəlman liderləri ilə görüşdə təqdim edilib.

Chosen
14
8
demokrat.az

10Sources