Albaniya çempionatında V turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib.
Matçda İsgəndərlinin komandası 1:3 hesabı ilə uduzub.
Meydana start heyətində çıxan azərbaycanlı vinger 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.
Qeyd edək ki, "Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.
İngiltərə Liqa Kuboku: “Çelsi” və “Liverpul” 1/16 finalda
İtaliya Kuboku: “Udineze” və “Kalyari” növbəti mərhələdə
La Liqa: “Valensiya” səfərdən bir xalla qayıdır
Arda Turanlı “Şaxtyor”dan növbəti qələbə
A Seriyası: Son çempion evində qalib gəldi